İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi
SİYASƏT
16:56 26.02.2026
258
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR