Yaponiyanın cənubunda yerləşən Vulkan Adaları bölgəsində 6 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) tərəfindən yayılan məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:55-də qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Məlumata əsasən, təbii fəlakət sunami xəbərdarlığına səbəb olmayıb. Hadisə ilə bağlı dağıntı və ya xəsarət barədə hələlik rəsmi məlumat verilməyib.
Gülay









































