Bu gün ilk Qədr gecəsidir

Bu gün ilk Qədr gecəsidir
SOSİAL
19:28 08.03.2026
888
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

AZXEBER.CoM xəbər verir ki, ikinci Qədr gecəsi martın 10-da, üçüncüsü 12, sonuncusu isə 16-da olacaq.

Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
OXŞAR XƏBƏRLƏR