ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub

ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
DÜNYA
03:50 09.03.2026
616
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub.

Bu barədə İran ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ sualtı qayığının İranın "IRIS Dena” hərbi gəmisinə hücumu nəticəsində ən azı 104 dənizçi həlak olub, 20 nəfər isə itkin düşüb.

İran dövlət televiziyasının verdiyi məlumata görə, gəminin göyərtəsində 136 heyət üzvü olub.

Gəminin hərbi təlimlərdən qayıdarkən vurulduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ sualtı qayığının Hind okeanında İranın hərbi gəmisini vurduğunu açıqlamışdı.
OXŞAR XƏBƏRLƏR