Bakıda yaşayış binasında yanğın - sakinlər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın - sakinlər təxliyə olundu
SOSİAL
11:51 17.03.2026
163
Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Yanğın Xocalı prospektində yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir, bina sakinləri təxliyə olunub.

11.27

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR