TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
İQTİSADİYYAT
15:40 19.03.2026
618
Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğura imza atıb. 

AZXEBER.COM xəbər verir ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə kredit sazişi imzalayıb. Sazişə əsasən Fond tərəfindən TuranBank-a yerli valyutada 5 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti ayrılıb. 3 il müddətinə cəlb olunan bu vəsait ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmağa xidmət edəcək.

EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.

Məlumat üçün bildiririk ki, 33 illik fəaliyyəti dövründə 22 satış nöqtəsi ilə geniş xidmət şəbəkəsinə malik olan TuranBank, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm dəstək verir. Bankla bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.    

TuranBank

Bizimlə etibarlıdır...
OXŞAR XƏBƏRLƏR