Ermənistanda zəlzələ baş verib.
Bu barədə Ermənistan Milli Seysmoloji Xidmətinin məlumatında bildirilib.
Məlumata görə, zəlzələnin episentri Martuni rayonundan 8 km cənub-şərqdə qeydə alınıb. Təkan rayonun Zolakar kəndində 2-3 bal gücündə hiss olunub.










































