Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyada güclü zəlzələ baş verdi
DÜNYA
20:59 26.03.2026
244
Yaponiyanın Honşu adasının şərq sahilləri yaxınlığında, Sakit okean akvatoriyasında 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Filialın operativ məlumatına görə, zəlzələ bu gün Bakı vaxtı ilə saat 18:19-da baş verib. Episentr İvate prefekturasının Miyako şəhərindən 165 km şərqdə yerləşib.

Episentrdə təkanların intensivliyi "dağıdıcı" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6.5 olaraq qiymətləndirib. Amerika seysmoloqlarının məlumatına görə, zəlzələnin ocağı 9.5 km dərinlikdə yerləşib.
OXŞAR XƏBƏRLƏR