AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Zaqatala-Muğanlı yolunda, Aşağı Tala kəndi ərazisində Elvin Qurbanovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə "Mercedes-C 200" markalı maşın toqquşub.
Qəzada xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin Səməndər Qurbanlı, "Mercedes"in sürücüsü və onun 2 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.










































