Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
SOSİAL
09:52 01.04.2026
88
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həyatını itirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov paylaşım edib.
Martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə əslən azərbaycanlı Rəşad Fəzail oğlu Məmmədov həlak olub.
O müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində olub, dəfələrlə yaralanmasına baxmayaraq yenə döyüşlərə qayıdıb.