Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi
SOSİAL
15:18 06.04.2026
356
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Xatırladaq ki, aprelin 4-ü sözügedən yolda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

OXŞAR XƏBƏRLƏR