Paytaxtın bu ərazilərində qaz olmayacaq

Paytaxtın bu ərazilərində qaz olmayacaq
SOSİAL
20:08 08.04.2026
279
Sabah Bakının bir hissəsində qaz olmayacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa-Gülçülük, Südçülük, Daş Karxanası və Subtropik Sovxoz ərazisinin, Binəqədi rayonu üzrə isə 7-ci mikrorayon, A.Kunanbayev, İ.Hacıyev və S.Axundov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
OXŞAR XƏBƏRLƏR