Bakının bu rayonlarında qaz olmayacaq

Bakının bu rayonlarında qaz olmayacaq
SOSİAL
20:04 09.04.2026
307
Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində aparılacaq təmir işləri ilə əlaqədar 10.04.2026-cı il saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz İB" məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR