AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı
İDMAN
12:52 11.04.2026
491
AFFA  Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.

Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR