Xəzər dənizində zəlzələ baş verib. AZXEBER.COM xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Yerli vaxtla saat 00:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.