Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq
SOSİAL
19:48 29.04.2026
330
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

AZXEBER.COM Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 30-u gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.
Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin azalacağı ehtimal olunur.

Belə ki, dumana görə yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR