İranda zəlzələ oldu

İranda zəlzələ oldu
DÜNYA
12:49 09.05.2026
233
Bu gün İranda yerli vaxtla saat 07:43-də İranın qərbində yerləşən Lorestan vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ vilayətin Kuhdəşt rayonunda 7 km dərinlikdə qeydə alınıb.

Zəlzələ baş verən rayona vəziyyətin dəyərləndirilməsi üçün qüvvələr cəlb olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR