Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
SOSİAL
18:40 29.05.2026
425
Mayın 30-na olan tibbi-meteoroloji proqnoz açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi və rütubətli hava şəraitinin müşahidə olunacağı gözlənilir.

Qeyd olunub ki, belə hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Buna görə də həssas şəxslərə sağlamlıqlarına diqqət yetirmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR