“Azərişığ”ın əməkdaşını cərəyan vurub öldürdü

“Azərişığ”ın əməkdaşını cərəyan vurub öldürdü
SOSİAL
10:49 29.06.2026
341
Ağcabədidə "Azərişığ”ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, rayonun 2002-ci il təvəllüdlü Aşağı Avşar kənd sakini Vəli Əli oğlu Süleymanov qəsəbədə elektrik işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə 24 yaşlı əməkdaş hadisə yerində dünyasını dəyişib.

Qeyd olunub ki, Vəli Süleymanov "Azərişıq” ASC-nin Ağcabədi Rayon Elektrik Şəbəkəsinin əməkdaşı olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
//Qafqazinfo
OXŞAR XƏBƏRLƏR