Türkiyənin "Fənərbağça” komandası Niderland millisinin futbolçusu Nathan Akenin transferini rəsmən açıqlayıb. AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub və müdafiəçi ilə müqavilə imzalanıb. Dünya çempionatında Niderland millisinin heyətində çıxış edən futbolçu Avstriyadakı təlim-məşq toplanışında komandaya qoşulacaq.