Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək

Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
SOSİAL
17:30 10.07.2026
371
İyulun 11-13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bidlirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR