Unibank KB 2026-cı ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.
Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 215 milyon manata yaxınlaşıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 28,6 milyon manatdan çox, xalis mənfəət isə 17,2 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə məcmu kapital 32 % artaraq, 254 milyon manata yaxınlaşıb. Aktivlərin həcmi isə 499 milyon manat artaraq 2,3 milyard manatı keçib.
Ötən dövrdə bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 30 iyun 2026-cı il tarixə 14,57 % təşkil edib.
Son bir ildə Unibank beynəlxalq maliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, nüfuzlu maliyyə qurumlarından 177,5 milyon manata yaxın maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər bankın real iqtisadiyyata dəstəyini daha da genişləndirməsinə, sahibkarlığın və dayanıqlı layihələrin maliyyələşdirilməsinə töhfəsini bir qədər də artırmasına imkanlar yaradıb.











































