Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
SOSİAL
20:10 20.08.2026
146
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COMapa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Tofaş" markalı minik maşını ilə "Hyundai" markalı minik maşınları toqquşub. "Tofaş" markalı minik maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.
Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.