Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
SOSİAL
22:09 21.08.2026
153
Magistraturada boş qalan plan yerlərinə ixtisas seçiminin növbəti həftə ərzində başlanması nəzərdə tutulur.
AZXEBER.COM xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, magistraturaya qəbulun nəticələrindən sonra boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr” jurnalının 6-cı sayında dərc olunacaq.
"Jurnalın növbəti həftə ərzində nəşr edilməsi nəzərdə tutulur. Bundan sonra boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq", - deyə rəsmi məlumatda qeyd olunub.