“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
İQTİSADİYYAT
10:00 25.08.2026
1787
Hörmətli səhmdar!

"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, 25 avqust 2026-cı il tarixində keçirilməsi planlaşdırılan Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının (bundan sonra – ümumi yığıncaq) tarixi dəyişmişdir.

Ümumi yığıncaq 28 sentyabr 2026-cı il tarixində saat 12:00-da Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən Bankın inzibati binasında keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə dəyişiklik edilməmişdir. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və Bankın nizamnaməsinin 7.6-cı bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərtilə bildirişə əlavə olunan səsvermə bülleteni formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında, Bankın inzibati binasına 2026-cı il sentyabrın 28-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR