Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar
KRİMİNAL
16:00 31.08.2026
129
Paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən obyektlərin birindən 800 manat dəyərində mobil telefon oğurlanıb. 

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı S.Salamov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı mobil telefonu sonradan satdığı müəyyən edilib.

Həmçinin Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən 3 ədəd avtomobil mühərriyi oğurlamaqda şübhəli bilinən 63 yaşlı İ.Səfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR