Ağdam rayonunun Xındırıstan kəndindən olan Vətən müharibəsi Şəhidi Qəşəm Süleyman oğlu İbrahimlinin anası İsayeva Gülçöhrə Miriş qızı vəfat edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" Birliyi məlumat yayıb.
Qəşəm İbrahimli 20 dekabr 1995-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və 9 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.











































