4 gün iş olmayacaq

4 gün iş olmayacaq
SOSİAL
19:10 17.09.2026
72

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq.


AZXEBER.СOM "metbuat.az”a istinadən xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir.


Bundan əlavə, 8 və 9 noyabr tarixlərinin həftəsonuna təsadüf etməsi ilə əlaqədar 10 noyabr da beşgünlük iş həftəsində istirahət günüdür.


Belə ki, 8, 9 və 10 noyabr, həmçinin 31 dekabr qeyri-iş günləridir.


Qeyd edək ki, 2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü və 107 istirahət günü var. 40 saatlıq iş həftəsi üzrə iş vaxtının illik norması isə 1922 saat təşkil edir.

OXŞAR XƏBƏRLƏR