Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
İQTİSADİYYAT
15:09 22.10.2026
161

Hörmətli səhmdar!

"Banklar haqqında” Azərbaycan Res¬publikası Qanununun 24.5-ci maddəsinə əsasən, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, 23 noyabr 2026-cı il saat 12.00-da Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən Bankın inzibati binasında Bankın səhmdarları¬nın növbədənkənar ümumi yığıncağı (bundan sonra – ümumi yığıncaq) keçiriləcəkdir.

Azərbaycan Respublikası Mülki Mə¬cəlləsinin 107-3.2-ci maddəsini və Bankın nizamnaməsinin 7.6-cı bən¬dini nəzərə alaraq qeyd edirik ki, ümu¬mi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imza¬nız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə imza səlahiyyətini təsdiq edən sənədi (səlahiyyətli nümayəndə olduğu təqdirdə, etibarnamə) təqdim etmək şərti ilə bildirişə əlavə olu¬nan səsvermə bülleteni formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında, Bankın inzibati binasına 23.11.2026-cı il tarixində saat 12:00-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.

 

OXŞAR XƏBƏRLƏR