Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir
SOSİAL
20:00 22.10.2026
94
Sabahdan Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bu barədə AZXEBER.COM-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

OXŞAR XƏBƏRLƏR