“203 min manat “semiçka” puludur” - Aqil Abbasdan qalmaqallı açıqlama

“203 min manat “semiçka” puludur” - Aqil Abbasdan qalmaqallı açıqlama
SOSİAL
15:23 27.10.2022
827
"Çingiz Abdullayev ona ünvanlanan suala sakitcə cavab verə bilərdi, yaxud deyərdi ki, indi yeri deyil. Ancaq əsəbiləşib, belə cavab verməsi düzgün olmadı. Gərək elə ifadələr işlətməzdi”.

AZXEBER.COM xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Xalq yazıçısı Çingiz Abdullayevin jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.

Ç.Abdullayevi qınayan deputat bildirib ki, jurnalist sual verirsə, ona cavab vermək lazımdır:

"Mənə də sensasiyalı suallar verirlər. Mən həmin sualları təmkinlə cavablandırıram. Hətta heç mənə aidiyyəti olmayan sual olsa belə, cavab verirəm. Məsələn, "mən həmin sualın mövzusundan xəbərsizəm”, - deyirəm. O cür qurultayın sonunda belə bir söhbətin olmasını istəməzdim. Çingizin adı gərək belə hallanmazdı”.

Qurultayın keçirilməsi üçün 203 min manat vəsaitin ayrılmasına gəlincə, deputat bunun təəccüblü olmadığını söyləyib. A.Abbas vurğulayıb ki, 203 min manat belə qurultay üçün "semiçka” puludur:

"203 min manat Azərbaycan Yazıçılar Birliyinin dünənki qurultayı üçün nədir ki? 30-40 qonaq çağırılmışdı. Hamısı da təyyarə ilə gəlmişdi. Beləliklə, bu vəsait təkcə bilet pulunu ödəyir. Qonaqlar üç gündür buradadır. Onların yemək pulu, hotel pulu var. Cangüdənlər də fəaliyyət göstərirdi”.

Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?” - deməsi böyük qalmaqala səbəb olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”