2050-ci ildə 40 milyon insanı öldürəcək xəstəlik – SAĞLAMLIQ

SAĞLAMLIQ
07:54 06.10.2011
2595

2050-ci ildə siqaret çəkən təqribən 40 milyon nəfər vərəmdən ölə bilər. “British Medical Journal” nəşrinin proqnozlarına görə, siqaret çəkmək kimi zərərli vərdişi olan insanlarda vərəm riski siqaret çəkməyənlərdən 2 dəfə yüksək olur. BBC-nin məlumatına görə, vərəmə tutulma hallarının çoxu Afrikada, Aralıq dənizi zonasında və Cənub-Şərqi Asiyada qeydə alınıb. Xeyriyyə təşkilatları nümayəndələrinin sözlərinə görə, vərəmə qalib gəlmək üçün göstərilən qlobal cəhdlər daim tütün sənayesinin “təcavüzkar hücumu” ilə boşa çıxır. Vərəm üzrə mütəxəssis və pulmonologiya problemləri ilə məşğul olan Britaniya Fondunun müşaviri, doktor Con Mur-Gillon deyib ki, vərəmin Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən bəşəriyyətin başlıca problemlərindən biri elan edildiyi vaxtdan 20 ildən çox keçsə də, o vaxtdan indiyədək bu xəstəliyə tutulanların sayı ancaq artıb. DST-nin məlumatına görə, 2009-cu ildə 1,7 milyon adam vərəmdən ölüb. Onların 380 min nəfəri qadınlar olub ki, bu qadınların da əksəriyyətini gənc analar idi.

OXŞAR XƏBƏRLƏR