Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.
DİM-dən AZXEBER.COM-a bildirilib ki, bu il müxtəlif yarışlarda yüksək nəticə göstərən bəzi abituriyentlər müsabiqədənkənar ali təhsil müəssisələrinə yerləşdiriliblər.
Belə ki, 2 nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.