21 dekabr üçün hazırlanan xüsusi çadır - FOTO

DÜNYA
09:31 20.12.2012
3391
Dünyada 21 dekabr barədə şaiyələrin çoxalması ilə hər gün bu işdən qazanc əldə edən fırıldaqçılar meydana çıxmağa başlayıb. Məlumata görə, Türkiyədə Sertac Ünal adlı şəxs “Anti qiyamət” çadıra sahib olduğunu iddia edərək bu məhsulu internetdən hərraca çıxarıb. Bu çadırda qiyamətin təhlükəsiz bir şəkildə keçiriləcəyinə təminat verən Ünal çadırı hərraca çıxardığı internet səhifəsində bu barədə mübaliğəli məlumatlar verib.“Bu çadır illər əvvəl Şirincədə hazırlanıb, dindarlar tərəfindən dua oxunub və mühafizə edilib. Sadəcə bir ədəd qalmış bu məhsulu satıram. İçində minlərlə dəfə xətim (Quranı başdan sona qədər) oxunan və mayaların torpaqları ilə müqəddəsləşdirilmiş bu çadırın içində qiyaməti təhlükəsiz keçirəcəyinizə dair qaranti verilir. Siz sevdiklərinizlə uzun illər yaşamaq istəyirsinizsə ehtiyacınız olan yeganə şey bu çadırdır. Bu çadırı hazırlayan alimlər ona “Babı Cadür” adını verib. Çadıra dəstəmazsız girilsə qarantisi itər və heç bir məsuliyyət qəbul edilməz.Çadırın digər xüsusiyyətləri:4 nəfərlik və 1 mərtəbəlidir.Bir qat tenti var və üstündə əlavə mühafizə üçün ikinci tenti var.Girişində milçəklərə qarşı tor var.O dövrün ən yaxşı parçasından istehsal edilib.Çantası var.Çadır, ən yuxarı təklifi verən şəxsə satılacaq”.

OXŞAR XƏBƏRLƏR