Rusiyanın Tomsk şəhərindəki marketlərdə üzərində “Dünyanın sonu üçün” adlı ehtiyac paketləri satışa çıxarılıb.Ehtiyac paketinin içərisinə yaxa kartı (ad, soyad və digər məlumatlar üçün), dərmanlar, bir paket qarabaşaq, bir konserv kilkə balığı, bir qeyd dəftəri, qələm, iki şam, kibrit, sap, sabun və rusların sevimli içkisi vodka daxildir.21 dekabr üçün ehtiyac paketləri Rusiyanın digər şəhərlərində da satılacaq.