21 gündə seçicilərinə ən yaxşı onlar müraciət etdilər - VİDEOLAR

SİYASƏT
13:28 30.10.2015
6959

Artıq seçki təşviqatının bitməsinə saatlar qalıb və Azərbaycan iki gün sonra parlament seçkilərinə gedəcək.

Bəs görəsən bu seçkilərdə namizədlər arasında kimlər seçicilərinə maraqlı müraciətlər hazırlayıblar? Onlar arasında kimlər seçki təşviqatı dönəmində aktivlik nümayiş etdiriblər?

Təşviqat müddətində sosial şəbəkələrdən, mediyanın imkanlarından məharətlə istifadə edən deputatlardan Qənirə Paşayevanın, Azay Quliyevin, Zahid Orucun, Adil Əliyevin, Ziyad Səmədzadənin, Jalə Əliyevanın, Ülvi Quliyevin adlarını çəkmək olar. Bu deputatlar 5 il müddətində parlamentdə göstərdikləri aktivliyi seçki təşviqatı dönəmində də göstərə bildilər.

Bu seçkilərdə sosial şəbəkələrin imkanlarından maksimum səviyyədə yararlanmağı bacaran deputatlığa namizədlərdən gənclər daha çox diqqəti çəkib. Lənkəran şəhər 73 saylı dairənin namizədi Hüseyn Cavadzadə təşviqat kompaniyasının ilk günündən etibarən aktivlik nümayiş etdirə bilib. Gənc namizəd seçki kompaniyasını “O səs Lənkaran üçün” devizi ilə keçirməyə başlayıb.

Seçkilərdə aktivlik nümayiş etdirən digər namizədlərdən biri də 112 Saylı Qax Seçki Dairəsində deputatlığa namizəd Əhməd Şahidovdur. Təşviqat prosesinin ilk günündən aktivlik nümayiş etdirən Ə.Şahidovun Qaxlılara videomüraciət hazırlaması daha çox diqqət çəkən seçki videolarından olub. Namizədin Qaxın Əmbərçay kəndində yaşayan şəhid ailəsinin qonağı olarkən şəhid anası ilə dialoqu sosial şəbəkələrdə istifadəçilərinin bəyənisini qazanmışdı.

50 sayli Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasinin Milli Məclisinə deputatliğa namizəd Akif Rəhimovun hazırladığı seçki müraciəti də böyük marağa və diqqətə sahib olan, baxımlılığı ilə seçilən videomüraciətlərdən birinə çevrilib.

21 günlük seçki marafonunda fəaliyyəti ilə öz rəqiblərini geridə qoyan namizədlərdən biri də 17 saylı Yasamal seçki dairəsindən seçkiyə qoşulan telejurnalist İlhamiyyə Rzayevadır. Xanım namizədin məşhurların dilindən özü ilə bağlı videomüraciətlər hazırlaması sosial şəbəkələrdə istifadəçilərin bəyənisini qazanıb.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən tanınmış hüquqşünast Adəm Məmmədovun da seçki təbliğatı kifayət qədər diqqətçəkən seçki kompaniyalarından biri olub.

Deputatlığa namizəd REAL hərəkatının üzvü Azər Qasımlının təşviqat videosu da marağa səbəb olub. "İphone"nuzda Millət Vəkilinizi yeniləyin!" devizi ilə videomüraciət hazırlayan namizədin bu fikri sosial şəbəkə istifadəçilərinin bəyənisini qazanıb. 

Artıq təşviqat prosesinin bitməsinə saatlar qalmasına baxmayaraq, namizədlər arasında seçki rəqabətinin yüksək olduğunu deyə bilərik.

OXŞAR XƏBƏRLƏR