21 qadını zorlayan şəxsə 525 il həbs cəzası verildi

DÜNYA
11:42 09.03.2015
1599
40 yaşlı cinayətkar qadınları bıçaqla hədələyərək zorlayıb.
Cənubi Afrika Respublikasında (CAR) məhkəmə ölkə vətəndaşına 525 il həbs cəzası verib.
AZXEBER.COM-un Qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə ölkənin “Nehanda” radiosu məlumat yayıb.
Məlumata görə, Yohannesburg Ali Məhkəməsi Lourens Mabundunu 21 zorlama, 13 qarət cinayətində təqsirli bilinib. 40 yaşlı cinayətkar taksi sürücüsü kimi çalışmış, qadın müştərilərini bıçaqla hədələyərək zorlayıb.
Məhkəmə cinayətləri sübuta yetirib, Mabundunu 525 il azadlıqdan məhrum edib.
OXŞAR XƏBƏRLƏR