21 yaşlı gənc Bakıda polis bölməsində öldü

21 yaşlı gənc Bakıda polis bölməsində öldü
Bütün Xəbərlər
12:05 03.10.2012
2250
Bakıda polis bölməsində müəmmalı ölüm olub. Sabunçu Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinərək saxlanılan 21 yaşlı gənc dünyasını dəyişib. Hadisə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsində qeydə alınıb. Dünən gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən eyniadlı parkda Namiq Yəhyayevə iki nəfər hücum edərək silah qismində əşya tətbiq edərək onun 80 manat dəyərində olan mobil telefonunu alıb. Keçirilən əməliyyat tədbiri nəticəsində quldurluqda şübhəli bilinən 21 yaşlı Rauf Korabinnikov tutulub, onunla birgə olmuş Amil Əliyev isə müəyyən edilib. Tutularaq bölməyə gətirilən R.Korabinnikovun qəflətən vəziyyəti pisləşib və təcili yardım maşını çağırılanadək dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR