21 yaşlı gənc bədbəxt hadisə nəticəsində öldü

21 yaşlı gənc bədbəxt hadisə nəticəsində öldü
SOSİAL
23:04 18.09.2022
402
Gədəbəy rayonunda atdan yığılan 21 yaşlı gənc aldığı xəsarətdən ölüb.

AZXEBER.COM "report"a istinadən bildirir ki, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində olub.

Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Abbasov at üzərində hərəkətdə olan zaman at hürkərək özünü yaxınlıqdan keçən "VAZ-21021" markalı avtomobilə çırpıb.

Bu zaman E.Abassov atdan yıxılaraq ağır xəsarət alıb və hadisə yerindəcə dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR