21 yaşlı gənc traktorun altında qalaraq həyatını itirdi

DÜNYA
13:11 23.09.2024
122
Yaylaqdan qayıdarkən idarəetmədən çıxan traktorun altında qalan 21 yaşlı gənc həyatını itirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bolu bölgəsində baş verib.
 
Belə ki, yaylaqdan yaşadığı kəndinə qayıdan 21 yaşlı Məhəmməd Can Dedeoğlu adlı şəxsin idarə etdiyi traktor meşə yolunda idarəetmədən çıxan traktor uçuruma düşüb. Qəzada traktorun altında qalan 21 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişib.
 
Ailəsinin bir müddət xəbər ala bilmədiyi gənc yaylaq yolunda uçurumdan yıxılmış vəziyyətdə tapılıb. Hadisə 112 Təcili Yardım Mərkəzinə bildirildikdən sonra hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn sağlamlıq qrupları Dedeoğlunun həyatını itirdiyini müəyyən edib.

Gəncin cəsədi yarılma üçün morqa aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR