21 yaşlı müğənni Yrma Lidya boşanmaq istədiyi 79 yaşlı əri tərəfindən qətlə yetirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı meksikalı müğənni Yrma Lidya ayrılmaq istədiyi 79 yaşlı vəkil əri Jesus Hernandez tərəfindən restoranda dəfələrlə güllələnərək öldürülüb.
İki aydır ərindən boşanmağa çalışan 21 yaşlı müğənni Yrma Lidya Meksikanın paytaxtında restoranlardan birinin şəxsi hissəsində nahar edərkən ərinin hücumuna məruz qalıb. Müğənninin mühafizəçisi ilə məkana gələn həyat yoldaşı Jesus Hernandez gənc arvadına yemək yeyərkən dəfələrlə atəş açıb. Hadisədən sonra müğənni dünyasını dəyişib, əri Jesus Hernandez və mühafizəçisi isə həbs edilib.
Meksikanın "Excelsior” qəzeti yazıb ki, Lidya zorakılıq edən ərindən boşanmaq üçün o, dəfələrlə polisə müraciət edib. O, 2021-ci ilin dekabrında əri tərəfindən silahla öldürülməklə hədələnib.
Ayşən