21 yaşlı qadın 11 uşaq anasıdır - FOTO

DÜNYA
11:29 18.06.2013
5527
Türkiyədə qəribə hadisə olub.Gazi bölgəsində 21 yaşlı qadın 11 uşaq sahibidir. Belə ki, 14 yaşında ərə gedən Nimet Bataş dalbadal 4 qız uşağı dünyaya gətirib. Oğlan övladı arzusu ilə alışıb yanan ailə nəhayət ki, arzularına çatıb. Onların 2 əkiz oğlan uşaqları olub. 6 övlada sahib olan gənc ana bir daha hamilə qalmayacağına qərar verib.“Allahın işini bilmək olmaz. Bir də onda hiss etdim ki, yenidən hamiləyəm. Həkimə getdim, yoxlandım. Həkimlər dedilər ki, 5 əkiz uşağım olacaq. İstədim abort etdirim. Lakin həkimlər 5 cana qıymadılar”, - deyə gənc ana bildirib.Qeyd edək ki, hazırda 11 uşaq sahibi olan ailənin maddi durumu olduqca pisdir. Ailə başçısının aylıq qazancı 200 dollardır. Bu pul isə onların heç yeməyinə çatmır. Ailə bununla bağlı hökumətə müraciət də edib.//anspress

OXŞAR XƏBƏRLƏR