21 yaşlı qadın zəhərlənərək öldü

21 yaşlı qadın zəhərlənərək öldü
SOSİAL
10:01 06.11.2022
131

Göygöldə 21 yaşlı qadın zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Göygöl rayon sakini, 2001-ci il təvəllüdlü İ.Əliyeva tibbi dərmandan zəhərlənib. 

O, xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib.

Lakin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR