Qıza yuxu dərmanı verənlər saxlanılıb.
Türkiyədə filmləri xatırladan zorlama hadisəsi baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 21 yaşlı Ceylan K. rəfiqəsinin mənzilində zorlanıb. Belə ki, Ceylan K. rəfiqəsinin mənzilində 2 başağrısı dərmanı qəbul edib. Lakin sonradan məlum olub ki, qəbul etdiyi dərman başağrısı deyil, yuxu gətirən həblərdir. Qız həbləri qəbul etdikdən sonra yuxuya gedib. Bu an rəfiqəsinin sevgilisi Hikmet Ç. tərəfindən zorlanıb. Qız yuxudan ayıldıqdan sonra zorlandığını görüncə, polisə şikayət edib. Dərhal qızın rəfiqəsi və Hikmet Ç. saxlanılıb.