21 yaşlı Rəvan maşında yanaraq ölüb - Video

21 yaşlı Rəvan maşında yanaraq ölüb - Video
SOSİAL
11:28 13.10.2025
218
Xəbər verdiyimiz kimi, dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev həlak olub.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb.

Bildirilib ki, saat 20:30 radələrində Nihad Namiq oğlu Əlizadə "BMW” markalı avtomobillə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşaraq yanmağa başlayıb.

Yaxınlıqdakı şəxslərin də köməkliyi ilə sürücü tez avtomobildən çıxarılıb. Lakin ön oturacaqda sıxılaraq qalan Rəvanı dərhal çıxarmaq mümkün olmayıb və nəqliyyat vasitəsi alışaraq yanmağa başlayıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

Qəza yerindən görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR