"Ölüm Komandası" (HEKAYƏ)

KÖŞƏ
09:41 26.02.2011
2161

 

“ÖLÜM KOMANDASI”

P.S Bu hekayədə bəhs edilən “Ölüm Komandası” və adı çəkilən şəxslər yazıçı təxəyyülünün məhsuludur.

Həyatının son 18 ilini vətənindən ayrı keçirmək onun üçün çox çətin idi. Bu 18 il ərzində, Moskvadan 6 saat aralıda yerləşən Qus-Xurustalni adlı kiçik bir şəhərdə məskunlaşmışdı. Yaşadıqlarını unutmaq üçün, təkliyə məhkum etmişdi özünü. Hətta bu şəhərdə yaşadığı 18 il ərzində, heç kəs onun adını belə bilmirdi. Hər gecə yuxularında, ölümlə dolu o gecəni görürdü. Baş leytinant Hüseynovun ölümü bir anlıq da olsa, gözünün önündən getmirdi. Bütün dostları, sanki onu çağırırdı. Sovet dövründə, DTK(Dövlət Təhlükəsizlik Komitəsi)-nın yaratdığı, yalnız ölmək və öldürmək üçün yetişdirilmiş 12 silah dostu. Dünyanın bir çox bölgələrində, uğurlu əməliyyatlara imza atan “Ölüm Komandası”, onun həyatının bir parçası idi. Yalnız dövlətin təhlükəsizliyinə xidmət edən, 12 seçilmiş zabitindən təşkil edilmiş “Ölüm Komandası”.

1992-ci ilin fevral aynın ilk həftəsində kəşfiyyatdan sonuncu məlumatları almağa nail oldular. Komanda yalnız dövlətin yeni təhlükəsizlik orqanına tabe idi. Xocalı haqqında son məlumatı yalnız komandanın 12 üzvü bilirdi. Əməliyyatın əsas hissəsi, əhalini buradan tez bir şəkildə uzaqlaşdırmaq və düşmən qoşunlarına qarşı əks-hücuma rəhbərlik etmək idi. Əgər hər şey planlaşdırılmış şəkildə aparılsa, bir neçə günə əməliyyat uğurla yerinə yetiriləcəkdi. Fevralın 20-sində Xocalıdakı əhalini köçürmək üçün, rəhbərliyə məlumat verildi. Mərkəzdən ilk olaraq 8 helikopterin göndəriləcəyi xəbəri, komandanı daha da ruhlandırdı. Mərkəzin bu məlumatı, komandaya verilmiş sonuncu məlumat idi.

1992-ci il fevralın 23. Saat 17:45

Leytinant Ələkbərovun dəfələrlə, mərkəzə çağırış verməsinə baxmayaraq, əks-tərəf əlaqəni kəsmişdi. Kəşfiyyatın verdiyi gün getdikcə yaxınlaşırdı. “Ölüm Komandası”nın rəhbəri mayor Zeynalov artıq helikopterlərin gəlməyəcəyini və satıldıqlarını çox gözəl anlayırdı. Xocalıda yalnız aeroportu qoruyan bir neçə polis işçisi və az sayda yerli əhalidən təşkil edilmiş dəstələr mövcud idi. Komanda əhaliyə xəbərdarlıq etməyə daha çox üstünlük verirdi. Çünki, silahla yanaşı döyüşmək üçün əsgər sayısının çox cüzi olması, başqa çıxış yolu olmadığına göstərirdi. Son iki gün ərzində dəfələrlə rəhbərlikdən kömək istənsə də, əks tərəfdən cavab gəlmirdi. Şəhər iki gündən sonra qan gölünə çevrildi.

1992-ci il fevralın 25-26. Gecə saat 03:10 

Hər tərəfdən atəş səsləri gəlir. Mayor Zeynalov dəstəni 4 nəfər olmaqla 3 ayrı hissəyə böldü. Birinci hissəyə baş leytinant Hüseynov, ikinci hissəyə kapitan Sadıqov, üçüncü hissəyə isə mayor Zeynalovun özü rəhbərlik edirdi. Həmin gün sanki ölüm pusquda dururmuş kimi, komandanı məhv etməyə hazırlaşırdı. Ancaq, bu əməliyyat komandanın birinci və sonuncu uğursuz əməliyyatı oldu. Bir neçə gündən sonra, öldürülənlər arsından komandanın 11 üzvünün işgəncələrlə kəsilmiş meyitləri tapıldı.. Mayor Zeynalovun sonuncu əmrini yerinə yetirmək üçün yalnız bir əsgər sağ qurtula bildi. O sonuncu tapşırığı tək başına yerinə yetirərək, mayor Zeynalovun verdiyi məlumatı Bakıya çatdırdı. Həmin əsgərin yaşaması üçün yalnız bir şansı qalmışdı. Vətəni tərk etmək şərti ilə, sağ qalmasını icazə verildi. Bir neçə gündən sonra “Ölüm Komandasının” 11 üzvünün nəşi, yandırılaraq məhv edildi.

Artıq 18 ildiki bu sirnən yaşayırdı. Özünü dəfələrlə öldürməyə cəhd etsə də, mayor Zeynalova verdiyi sözə görə, bu fikirdən daşınırdı. Bir daha vətənə qayıtmamağa and içmişdi. Çünki, onları satmışdılar. Əgər satılmasaydılar, bəlkə də əməliyyat uğurla aparılacaqdı. Son 18 ildə hər gün, dostları ilə qovuşacağı günü səbirsizliklə gözləyir. Həmişə olduğu kimi, 12 dost bir arada.

Ağalarov Əfsələddin

(23.02.2010)

OXŞAR XƏBƏRLƏR