Ömürlük məhbus azadlığa çıxmaq üçün böyrəyini bacısına verəcək

MARAQLI
21:24 31.12.2010
2085

ABŞ-ın Missisipi ştatının qubernatoru küçədə yoldan keçən vətəndaşdan zorla 11 dollar alaraq ömürlük həbs cəzası almış Qledis və Cemi Skott bacılarının azadlığa buraxılmasına dair fərman imzalayıb. Onların azadlığa buraxılmasına əsas səbəb Skott bacılarınüdan kiçiyinin böyük bacı üçün böyrək donoru olmasına razılaşmasıdır.


Qeyd edək ki, kriminal duet dəmir barmaqlıqlar arasında 15 il keçirib. Ancaq indi Skott bacılarının yeni həyata başlamaları üçün daha bir şansları var. Missisipi ştatının qubernatoru Xeyli Barbur bildirib ki, onların azadlığa buraxılmasına səbəb 38 yaşlı Cemi Skottun ağır xəstələnməsi olub ki, bu da sonradan xroniki böyrək çatışmamazlığına gətirib çıxarıb. 

Belə ki, məhbus mütəmadi olaraq hemodializə ehtiyac duyur. Bu da Ceminin gələcəkdə həbsxanada saxlanılması üçün dövlət büdcəsinə olduqca baha başa gəlir. O bildirib ki, onu azadlığa buraxmaq və ştatın büdcəsini qənaətdə saxlamaq daha ağlabatandır. 

Hökumət, həmçinin onun 36 yaşlı bacısı Qledis Skottu da azadlığa buraxmağa razılaşıb. Ancaq bunun üçün ona bacısının böyrək donoru olması şərti qoyulub. Təbii ki, əgər ikincisi bu tələbə və şərtə razılaşmaqdan imtina etsə, onların azadlığa buraxılması ilə bağlı qəbul olunan qərar ləğv oluna bilər. 

X. Barbur deyir ki, Missisipi ştatının Penitensiar Xidməti artıq Skott bacılarını cəmiyyət üçün təhlükə saymır. 

Qeyd edək ki, Skott bacılarının azadlığa buraxılması prosesi 45 gün çəkə bilər

 

OXŞAR XƏBƏRLƏR