22 il bundan öncəki 31 dekabr – VİDEO FAKT

22 il bundan öncəki 31 dekabr – VİDEO FAKT
Bütün Xəbərlər
03:32 31.12.2011
2825

1989-cu il dekabrın 31-də İran-Azərbaycan sərhəddi. Araz çayının bu tayından o tayına həsrət dolu adamlar yığışıb, aradan keçən tikanlı məftillər yeganə sədd kimi görünür. Kimsə göstəriş verir və bir anda məftillərin sarıldığı dayaqlara od vurulur, aləmi tüstü bürüyür. Sonra kimsə taxtadan qurulan gözətçi qülləsinin başına dırmaşıb ora da od vurur. Tüstü çəkiləndən sonra kişili-qadınlı Araza enib sevinclə suyu şappıldadırlar. Çayın o tayına da adamlar gəlib.Bu tərəfdən kimsə onu haraylayır «Əşrəf kişi dururmu?» deyə... «Oğlum evlənəsidi, istəyirəm qızı Təbrizdən seçəm». Arzular, sevinc-fərəh bir-birinə qarışıb, o taylı-bu taylı azərbaycanlıların arasından keçən tikanlı məftillər doğranır axı...

AZXEBER.COM portalı 22 il bundan öncəki kadrları bir daha sizlərə təqdim edir...

OXŞAR XƏBƏRLƏR