Bu iddia ilə "Xəzər-xəbər"ə Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun Gəncə bölməsinin keçmiş əməkdaşı İlahə Hacıyeva müraciət edib.
İlahə Hacıyeva deyir ki, o, elmi dərəcəsinə uyğun vəzifəyə təyin oluması ilə bağlı müraciət etdiyinə görə, işdən uzaqlaşdırılıb.
Şikayətçi bildirir ki, üzləşdiyi problemlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib. Onun Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində müvafiq işlə təmin olunması tövsiyə olunsa da, hələ də işsizdir.











































