Gəncə Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini qətlə yetirən gəncin məhkəməsi başlayır.
AZXEBER.COM "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilən Cəfərli Məhəmmədəli Şakir oğlunun məhkəmə prosesinə hakim Kəramət Əliyev sədrlik edir.
Hadisə bu ilin may ayının 17-də rayonun Böyük Qaramurad kəndində baş verib. 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu yaşadığı kənddə bıçaqlanıb. O, əvvəlcə Gədəbəy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncədə olan tibb ocaqlarının birinə aparılıb. Ancaq ötən axşam xəstəxanaya yerləşdirilən Quliyev Elşad İsa oğlu həkimlərin səylərinə baxmayaraq
Hadisəni törətməkdə şübhəli bilinən rayonun Kiçik Qaramurad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədəli Şakir oğlu Cəfərli tutularaq rayon prokurorluğuna təhvil verilib. M. Cəfərli ilkin izahatı zamanı həmkəndlisini təhqir üstündə öldürdüyünü bildirib.